Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir

 

İyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür.

 

1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti ilk əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Diviziya Nuru paşanın komandanlığı altında “Qafqaz İslam Ordusu”nun tərkibinə daxil edilib. Cümhuriyyətin Hərbi Nazirliyi rəsmən 1918-ci ilin dekabrında fəaliyyətə başlayıb. Generallar Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini, Süleyman Sulkeviç Baş Qərargah rəisi təyin ediliblər.

 

Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü elan edilib.

26 İyun 2019 08:10
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar