BŞİH açıqladı: "Bütün çimərliklərə giriş pulsuzdur"

BŞİH açıqladı:     "Bütün çimərliklərə giriş pulsuzdur"

Bu barədə BŞİH-dən məlumat verilib


15 iyun 2019-cu il tarixindən paytaxt Bakı şəhərində çimərlik mövsümünə rəsmən başlanması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamenti şəhər sakinləri və qonaqların nəzərinə çatdırır ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur.


Bu barədə AYNA-ya BŞİH-in Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, çimərliklərdə əhalinin və qonaqların sahilyanı zonada istirahətinə lazımi şəraitin yaradılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Müəllif: Ayna.az      25 İyun 2019 23:35
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar