Çavuşoğlu da döyüşə hazırdır

Çavuşoğlu da döyüşə hazırdır

Çavuşoğlunun hərbi formadakı fotosu maraq doğurub

 

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu hərbi geyim geyinib. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, Nazir hərbi geyimdə olan fotosunu sosial şəbəkədə paylaşıb.


Mövlud Çavuşoğlu fotosuna Namik Kemalın “Vatan şarkısı” adlı əsərindən bir parça əlavə edib: “Atalarımızın əzəməti bütün dünyada bəllidir. Fitrətin dəyişdiyini düşünməyin, bu qan yenə o qandır!"

Qeyd edək ki, hazırda gündəmdə Suriyanın şimalında Türkiyə hərbi qüvvələrinin hər an aktivləşməsi məsələsi durur. Mövlud Çavuşoğlunun bu fotosunun yayılması da təsadüfi deyil.

Müəllif: Ayna.az      8 Oktyabr 2019 17:10
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin