Rusiyadan ABŞ və İsrailə "soyuq duş"

Rusiyadan ABŞ və İsrailə "soyuq duş"

Nikolay Patruşev son zamanlar ABŞ və İsrailin İrana qarşı apardığı təbliğatı pisləyib

 

Qərbi Qüdsdə keçirilən ABD-Rusya-İsrail üçlü təhlükəsizlik zirvəsində Təl-əviv və Vaşinqtonun istədiyi olmayıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, sammitə qatılan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oradakı jurnalistlərə verdiyi müsahibəsində İranı müdafiə etməsi ABŞ və İsraildə soyuq duş təsirinə səbəb olub.

 

Patruşev bildirib ki, İranın bölgənin təhlükəsizliyinə təhdid yaratdığı kimi göstərilməsi və ya beynəlxalq terror təşkilatları ilə eyniləşdirilməsi yolverilməzdir.

 

Suriyadakı vəziyyətin və regionda İran təsirinin müzakirə edildiyi üçlü zirvənin ardından verdiyi açıqlamada Patruşev ABŞ və İsraili Suriyadakı böhranın siyasi həllini tapmağa təşviq etməyə çağırıb.

 

Nikolay Patruşev son zamanlar ABŞ və İsrailin İrana qarşı apardığı təbliğata da toxunub.

 

Qərbi Qüdsdə keçirilən ABD-Rusya-İsrail üçlü təhlükəsizlik sammitində Suriyanın vəziyyəti və İranın regiondakı rolu müzakirə olunub.

 

İsrailin Baş Naziri Benjamin Netanyahunun rəhbərlik etdiyi zirvədə Patruşevlə yanaşı, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və  İsrailin milli təhlükəsizlik müşaviri Meir Ben-Şabbat iştirak edib.

Müəllif: Ayna.az      25 İyun 2019 21:00
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar