Paytaxtda zəncirvari qəza, 6 avtomobil bir-birinə girdi - FOTOLAR

Paytaxtda zəncirvari qəza, 6 avtomobil bir-birinə girdi -             FOTOLAR

Baş vermiş qəza ərazidə tıxaca səbəb olub

 

Bakı şəhəri, Yasamal rayonunun Mətbuat  prospektində, Beynəlxalq Mətbuat Evinin qarşısında dəhşətli zəncirvari yol qəzası baş verib.

 

AYNA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yol kənarında ard-arda düzülmüş avtomobillərin ən sonuncusuna – “Vaz 21 07” markalı avtomobilə “Lexus” markalı avtomobil çırpılıb. Nəticədə 6 avtomobil toqquşub.

Qəza nəticəsində 6 avtomobilə də ciddi zərər dəyib,  “Vaz 21 07” isə tamamilə yararsız vəziyyətə düşüb.

 

Qəza nəticəsində ölən və yaralananların olmadığı bildirilir.

Hazırda qəza yerində polis və sığorta əməkdaşları tərəfindən araşdırma aparılır.

 

Baş vermiş qəza ərazidə güclü tıxaca səbəb olub, avtomobillərin hərəkəti müəyyən müddətə məhdudlaşıb.

Müəllif: Ayna.az      25 İyun 2019 17:06
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar