“Hepatit virusu tək qan və cinsi yolla yoluxmur” - Transplantoloq

“Hepatit virusu tək qan və cinsi yolla yoluxmur” -     Transplantoloq

Hepatit haqqında bilinən yalnışlardan biri də onun yoluxma yoları ilə bağlıdır


AYNA xəbər verir ki, bu barədə cərrah-transplantoloq, tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi e-tibb.az saytına açıqlamasında məlumat verib.


Həkim vurğulayıb ki, hepatit B virusu qan və cinsi yoldan başqa, ağız suyu, tər, tüpürcək, qab-qacaqla da yoluxa bilir: “Doğum evlərində uşaqlara hepatit B peyvəndi vurulur. Amma çox təəssüflər olsun ki, sonradan valideynlər 2-ci və 3-cü dozanı vurdurmaqdan yayındırırlar. Görünür, bununla bağlı həm biz həkimlər, həm də media yetərincə maarifləndirmə işi apara bilməyib. Ya da insanları bu peyvəndin vacibliyinə inandıra bilməmişik".

Müəllif: Ayna.az      6 Oktyabr 2019 09:06
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin