Yasamalda narkotacir saxlanılıb – FOTO, VİDEO

Yasamalda narkotacir saxlanılıb –     FOTO, VİDEO

Əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilib

 

Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qeyri-qanuni yollarla gətirilmiş narkotik vasitələrin realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub. Bu barədə AYNA-ya DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən xəbər verilib.

Məlumat əsasında Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan Respublikasının vətəndaşı Rəsulova İntizar Eldar qızı sellofan torbada narkotik vasitə olan bağlamaları şərti alıcıya satmaq istəyərkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılıb. Baxış zamanı vətəndaşa məxsus torbanın içərisində 2 ədəd bağlamada, sellofan paketlərə qablaşdırılmış spesifik qoxuya malik, ümumi çəkisi 990 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılaraq Rəsulova İntizar Eldar qızı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

<iframe width="710" height="390" src="https://www.youtube.com/embed/FO34ZFM7YHE" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

Müəllif: Ayna.az      25 İyun 2019 15:07
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar