İlham Əliyev Rusiya tərəfdən əminlik əldə edib

İlham Əliyev Rusiya tərəfdən əminlik əldə edib

Prezident “Qarabağ Azərbaycanın ərazisidir və nida işarəsi!” bəyanatı ilə göstərdi ki, o, vədinə sadiqdir

 

Dörd aylıq fasilədən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş və bu görüş ərəfəsində verilən mesajlar, həmin gün baş verən hadisələr artıq təhlil üçün ilkin nəticələri ortaya qoyub:

 

Birincisi, Əliyev “Qarabağ Azərbaycanın ərazisidir və nida işarəsi!” bəyanatıyla göstərdi ki, o, vədinə sadiqdir, səbrlə susub gözləməsinə baxmayaraq, Qarabağ məsələsində tutduğu mövqedən geri çəkilməyib və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alacaq istənilən həll modelini qəbul etməyəcək...

 

Bu görüş öncəsi Sergey Lavrovun “Dağlıq Qarabağın Ermənistanın olması bəyanatı münaqişənin həllinə kömək etmir” fikri də təsdiqləyir ki, son bir neçə aydakı provokativ açıqlama və hərəkətlərlə münaqişə zonasında məqsədli gərgnlik yaratmaq və sülh danışıqlarını pozmaq mövqeyindən yalnız və yalnız Paşinyan hökuməti çıxış edir. Deməli, qarşıdakı aylarda Paşinyan hökumətinin Rusiya tərəfindən daha çox və açıq basqıya məruz qalacağını gözləyə bilərik.

 

İkincisi, Əliyev-Putin görüşündən dərhal sonra Azərbaycan hökumətinin Qərbyönümlü müxalifətin şəhərin mərkəzində etiraz aksiyası keçirmək istəyinə razılıq verdiyini açıqlaması hakimiyyətin ciddi siyasi islahatlarda qərarlı olduğunu göstərir. Bu isə o deməkdir ki, Əliyev aparacağı siyasi islahatların Rusiya tərəfdən hər hansı müdaxilə ilə sabotaj olunmayacağına artıq əminlik əldə edib...

Müəllif: Elxan Şükürlü, politoloq      4 Oktyabr 2019 11:35
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin