XİN-dən dünənki təxribatla bağlı AÇIQLAMA

XİN-dən dünənki təxribatla bağlı     AÇIQLAMA

Azərbaycan Xarici İşlər Nazirliyi ötən gün “Düdelanj” - “Qarabağ” oyununda baş verən erməni təxribatını araşdırır

AYNA xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Leyla Abdullayeva tvitter səhifəsində yazıb. O bildirib ki, bu məsələ Lüksemburqda akkreditə olunmuş səfirə tapşırılıb: 

“Səfirə bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq, təxribatlara cavabdeh şəxsləri tapmaq və bu məsələdə məsuliyyət daşıyacaqlarına əmin olmaqla bağlı tapşırıq verilib”.

Xatırladaq ki, ötən gün Lüksemburqdakı “Jozi Bartel” stadionunda UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən oyunda Qondarma Dağlıq Qarabağın “bayrağı”nın dronla stadiona salınmasına cəhd edilib. 

 

 
Müəllif: Ayna.az      4 Oktyabr 2019 09:40
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin