Məşhur "qanuni oğru" həbsxanadan qaçıb - FOTOLAR

Məşhur "qanuni oğru" həbsxanadan qaçıb -     FOTOLAR

“Kokain kralı” ləqəbi ilə tanınan Rokko 23 il axtarışlardan sonra həbs olunmuşdu

 

23 il axtarışlardan sonra iki il əvvəl Uruqvayda həbs olunan məşhur “qanuni oğru” Rokko Morabito həbsxanadan qaçıb. AYNA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.

 

Məlumata görə, İtaliyada fəaliyyət göstərən “Ndrangheta” mafiya qrupunun liderlərindən olan 53 yaşlı “qanuni oğru” təcridxananın damındakı boşluqdan istifadə edərək qaçıb. Onunla yanaşı daha 3 məhkum buna nail olub. Axtarışlara baxmayaraq, Rokkonun yerini müəyyən etmək hələ ki mümkün olmayıb.

Qeyd edək ki “Kokain kralı” ləqəbi ilə tanınan Rokko 23 il axtarışlardan sonra 2017-ci ildə Uruqvayın paytaxtı Montevideoda həbs olunmuşdu. O, yaxın günlərdə İtaliyaya ekstradisiya olunmalı idi. “Kokain kralı” Cənubi Amerika ölkələri və İtaliya arasında qaçaqmalçılıqda ittiham olunur. (Redaktor.az)

25 İyun 2019 14:20
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar