“Qarabağ”ın oyununda erməni təxribatı — Oyun dayandırıldı

“Qarabağ”ın oyununda erməni təxribatı —             Oyun dayandırıldı

“Düdelanj” - “Qarabağ” matçında ermənilər təxribat törədiblər

 

Avropa Liqasının 2-ci turunda keçirilən və “Düdelanj” - “Qarabağ” matçı 35-ci dəqiqədə dayandırılıb. AYNA xəbər verir ki, oyunun dayanmasına səbəb meydana dron vasitəsi ilə Ermənistan bayrağının endirilməsi olub.

 

Bu hadisədən sonra oyun dərhal dayandırılıb və "Qarabağ"ın lehinə texniki məğlubiyyət verilməsi ilə bağlı müzakirələr başlayıb.

 

Qeyd edək ki, bu ana qədər "Qarabağ" 0-2 hesabı ilə öndə idi.

 

"Qarabağ"ın heyyətində qolları 11-ci dəqiqədə Abdulla Zubir, 30-cu isə dəqiqədə Miçel vurub.

Картинки по запросу “Qarabağ”ın oyununda erməni təxribatı — Oyun dayandırılıb

 

Müəllif: Mərahim Nəsib      3 Oktyabr 2019 23:55
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin