Qonşu ölkədə həlak olan həmyerlimizin meyiti vətənə göndərilib

Qonşu ölkədə həlak olan həmyerlimizin meyiti vətənə göndərilib

Hadisə ötən axşam Türkiyənin Yalova şəhərinin Altınova qəsəbəsində baş verib

 

Türkiyənin Yalova şəhərində 21 yaşlı azərbaycanlı yol qəzasının qurbanı olub. AYNA Trend-ə istinadən xəbər verir ki, Türkiyəyə bacısıgilə qonaq gedən Hüseyn Zülfioğlu adlı Azərbaycan vətəndaşı velosipedlə Yalova-İzmit şosesində qarşı tərəfə keçmək istəyib. İşıqfora diqqət etməyən gənc qırmızı işıq yanmadan yola çıxıb.

 

Nəticədə avtomobil ona çırpılıb. Zərblə kənara atılan gənc digər bir avtomobilin zərbəsinə tuş gəlib.

 

Azərbaycan vətəndaşı Hüseyn Zülfioğlu hadisə yerində dünyasını dəyişib. Yerli polisin araşdırmalarından sonra Hüseyn Zülfioğlunun meyiti dəfn olunmaq üçün Azərbaycana göndərilib.

 

Qeyd edək ki, hadisə ötən axşam Türkiyənin Yalova şəhərinin Altınova qəsəbəsində baş verib.

Müəllif: Ayna.az      25 İyun 2019 12:58
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar