Yaşayış minimumu barədə rəsmi açıqlama çaşqınlığa yol açıb

Yaşayış minimumu barədə rəsmi açıqlama çaşqınlığa yol açıb

“Normal ölkələrdə əvvəl yaşayış minimumu və istehlak səbəti hesablanır, sonra minimum əmək haqqı və minimum təqaüd bu hesablamalara uyğunlaşdırılır”

 

“Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyir ki, “Zərurət yaransa, yaşayış minimumu və istehlak səbətinə yenidən baxılacaq”. Anar müəllim, zərurət çoxdan yaranıb, istehlak səbətinə daxil edilən indikatorlar çoxdan köhnəlib. Əgər 3 ilə bir ayaqqabı, 5 ilə bir palto salmısızsa, internet xidmətləri, əyləncə, təhsil xərcləri hələ də səbətə daxil deyilsə, günlük kalori həcmini doldurmaq üçün adambaşı 375 qram çörək yazmışdınızsa, təbii ki, bütün parametrlər müasirləşməlidir, yenilənməlidir”.

AYNA xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb. “Əslində bilirsiniz, niyə indi bu söhbət çıxıb? Normal ölkələrdə əvvəl yaşayış minimumu və istehlak səbəti hesablanır, sonra minimum əmək haqqı və minimum təqaüd bu hesablamalara uyğunlaşdırılır. Bizdə hər şey tərsinədir deyə, əvvəl fərmanla maaş-təqaüd artımı olur, sonra yaşayış minimumu və istehlak səbəti buna uyğunlaşdırılır” – deyə o, qeyd edib.

 

N.Cəfərli sonda fikrini belə yekunlaşdırıb: “Biz illərdir səbətin doğru hesablanmadığını deyirdik, qulaq asmırdılar. Xub, indi minimum əmək haqqı və təqaüd artımına uyğun istehlak səbətini bu il birdən-birə 40-50% artıranda qalstuklu müəllimlər bunu necə izah edəcəklər ki, məsələn, 2018-ci ildə nədən səbət bu qədər az tutumlu idi?! Yəni keçən il millət dietaya oturmuşdu, 3 ilə bir ayaqqabı geyinirdi, indi isə hər şey birdən dəyişdi?! Nə bilim, vaxtında sözlərimizi dinləyib dediklərimizi etsəydilər, indi Çexiyaya çatmışdıq...”

Müəllif: Ayna.az      25 İyun 2019 11:46
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar