"Azərişıq"da struktur dəyişikliyi edilib

"Azərişıq"da struktur dəyişikliyi edilib

"Azərişıq" ASC-də bir idarə ləğv edilib yenisi yaradıldı

 

"Azərişıq" ASC-nin Perspektiv İnkişaf və “ASAN xidmət”lə İş İdarəsi ləğv edilib. 

 

AYNA xəbər verir ki, ləğv edilən idarənin əvəzinə “Asan Xidmət”lə iş və Elektron İdarəetmə Departamenti yaradılıb. 

 

Yeni departamentə isə ləğv edilmiş idarənin rəisi Elsevər Rüstəmli rəhbərlik edəcək. 

 

Məsələ ilə bağlı "Report"a açıqlama verən səhmdar cəmiyyətin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev yeni yaradılan strukturun daha funksional olacağını açıqlayıb: "Bu departament idarə ilə müqayisədə daha geniş səlahiyyətlərə malik olacaq, fərdi abunəçilərlə yanaşı, kiçik və orta biznes subyetləri ilə işləyəcək". 

25 İyun 2019 10:36
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar