Bakı Şəhər Baş Polis İdarəsinə rəis müavini təyin edilib

Bakı Şəhər Baş Polis İdarəsinə rəis müavini təyin edilib

Daxili işlər orqanlarında yeni təyinat olub

AYNA APA-ya istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə Mingəçevir şəhər Polis İdarəsinin rəisi Teymur Hacıyev tutduğu vəzifədən azad edilərək Bakı şəhər Baş Polis İdarəsinə əməliyyat işləri üzrə rəis müavini təyin edilib. 

 

Həmin vəzifədə çalışan Elxan Həsənov isə iki gün əvvəl tutduğu vəzifədən azad edilib.

Teymur Hacıyev daha əvvəl Zərdab rayon Polis şöbəsinin rəisi olub. O, 14 fevral 2019-cu il tarixində sabiq Daxili İşlər naziri Ramil Usubovun əmriylə vəzifəsindən azad edilərək Mingəçevir şəhər Polis şöbəsinin rəisi  təyin edilib. O, cəmi 8 aydan sonra yeni vəzifəyə təyinat alıb.

Müəllif: Ayna.az      1 Oktyabr 2019 01:35
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin