Yanukoviç vətəninə qayıtmayacaq - Həyatına görə narahatdır

Yanukoviç vətəninə qayıtmayacaq -     Həyatına görə narahatdır

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç apellyasiya məhkəməsində iştirak etmək üçün Kiyevə getməyəcək

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Yanukoviçin vəkili Vitali Serdyuk deyib. Onun sözlərinə görə, eks-prezident təhlükəsizliyi səbəbindən vətəninə qayıtmayacaq.

“Əvvəlki hakimiyyətin nümayəndələri azadlıqdadır və onlar Yanukoviçin həyatı üçün təhlükəlidir. Risklər böyükdür. Yanukoviç heç də arzuolunan şahid deyil”, - deyə Serdyuk bildirib.

Xatırladaq ki, V. Yanukoviç 2014-cü ilin fevralın 22-də Maydan hadisələrindən sonra Rusiyaya qaçıb. Kiyev məhkəməsi bu ilin yanvarında Yanukoviç barəsində 13 il müddətinə axtarışla həbs qərarı verib. O, Rusiya tərəfindən Ukraynaya qarşı aparılan təcavüzkar siyasətə səbəb olmaqda ittiham edilir.

Müəllif: Ayna.az      1 Oktyabr 2019 04:40
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin