Yəmənli nazir husilərin “qələbə” iddialarını rədd etdi

Yəmənli nazir husilərin “qələbə” iddialarını rədd etdi

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisya qüvvələrindən 2000-dən çox əsgər və 350 kvadrat kilometr ərazi ələ keçirdiklərini iddia ediblər

 

Yəmənin Rabitə naziri Muammar əl-İryani husilərin Səudiyyə Ərəbistanında böyük bir ərazini ələ keçirdikləri iddiasını rədd edib. AYNA xarici mətbuata istinadən xəbər veri ki, İryani bu barədə Yəmənin rəsmi xəbər agnetliyi SABA-ya müsahibəsində bildirib.

 

İrayani iddia edib ki, husilər döyüşçü və texnika baxımından hər gün böyük itkilər verirlər. Bu baxımdan da onlar mənəvi əhval-ruhiyyələrini yüksəltmək üçün bu cür xəyali qələbələr və nailiyyət qazandıqlarını diqqətə çatdırıblar.

 

Husilərin sözçüsü Yahya Seri isə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisya qüvvələrindən 2000-dən çox əsgər və 350 kvadrat kilometr ərazi ələ keçirdiklərini iddia ediblər.

Müəllif: Ayna.az      30 Sentyabr 2019 20:35
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin