Vergilər Nazirliyi: Məcəllənin yenidən işlənməsi nəzərdə tutulmasa da, dəyişiklik gözlənilir

Vergilər Nazirliyi: Məcəllənin yenidən işlənməsi nəzərdə tutulmasa da, dəyişiklik gözlənilir

Millət vəkili: "Vergilər Nazirliyi məsləhət görsə, bu mövzuya yenidən qayıda bilərik"

 

Bakı Hesabat Mərkəzinin direktoru, vergi mütəxəssisi Mehti Babayev AYNA-ya açıqlamasında bildirmişdi ki, onlarda olan məlumata görə, bu ilin sonuna Vergi Məcəlləsində dəyişiklik gözlənilir. O, hətta Vergi Məcəlləsinin bütövlükdə yenidən hazırlanması və təsdiqlənməsinin mümkünlüyünü qeyd etmişdi.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev mövzu ilə bağlı AYNA-ya açıqlamasında deyib ki, hazırda belə bir məsələnin gündəmdə deyil:

Картинки по запросу millət vəkili Rüfət Quliyev

Deputat qeyd edib ki, bu barədə, sadəcə bir neçə deputatın təklifi olub: “Son 10 ildə, xüsusilə də son 3 il ərzində Vergi Məcəlləsində, vergi qanunlarında kifayət qədər dəyişikliklər olub. Heç bir il də deyil ki, Vergi Məcəlləsində yüzdən çox dəyişiklik edildi. Bir neçə deputat tərəfindən təklif edilib ki, Vergi Məcəlləsinə yenidən baxılsın. Bu təklif də həm vergi ödəyicilərinin, həm də vergi işçilərinin işini yüngülləşdirmək məqsədi daşıyır”.

 

“Ancaq bu təklifin reallaşdırılması üçün Vergilər Nazirliyi ilə birlikdə yenidən Vergi Məcəlləsinə baxılmalıdır. Əgər Vergilər Nazirliyi məsləhət görsə, ola bilsin ki, bu mövzuya qayıdaq. Yəni, fikir var, rəsmi olaraq isə hələ heç nə yoxdur”.

Картинки по запросу Vergilər nazirliyi Şahin Məmmədov

Vergilər Nzirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov isə AYNA-ya açıqlamasında bildirib ki, Vergi Məcəllənin yenidən işlənilməsi nəzərdə tutulmasa da, Məcəllədə dəyişiklik gözlənilir: “Məcəlləyə dəyişikliklər hər il aparılır. Hazırda mən sizə deyə bilmərəm ki, hansı dəyişikliklər gözlənilir. Çünki bu dəyişikliklər ilk növbədə hökumətdə təsdiqini tapmalıdır”.

Картинки по запросу Vergilər nazirinin müavini Sahib Ələkbərov

Xatırladaq ki, bir neçə gün öncə Vergilər nazirinin müavini Sahib Ələkbərov da jurnalistlərə açıqlamasında bildirmişdi ki, gələn il Vergi Məcəlləsinə bir daha baxılacaq: "Vergi Məcəlləsi elə bir qanun toplusudur ki, ona hər zaman dəyişiklik etməyə ehtiyac var. Adətən ilin sonunda büdcə paketinə baxılır və dəyişiklik edilir, növbəti il qüvvəyə minir”.

 

“Hazırda torpaq mülkiyyətçilərindən minimum əməkhaqqının 6%-i civarında məcburi sosial sığorta haqqı tutulur. Biz bilirik ki, bu, onların maraqlarına xidmət etmir və bu yükün ciddi surətdə azaldılmasının tərəfdarıyıq", - deyən nazir müavininin fikirlərindən belə anaşılır ki, budəfəki dəyişikliyin bir hissəsi də torpaq mülkiyyətçiləri ilə bağlı olacaq.

Müəllif: Rumiyyə Miraslan      30 Sentyabr 2019 20:00
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin