Milli Məclisin deputatı mandatından imtina etdi

Milli Məclisin deputatı mandatından imtina etdi

Rafael Cəbrayılov Milli Məclisin iclasına da qatılmayıb

 

Millət vəkili vəsiqəsini girov qoyub borc götürməklə gündəmə gələn deputat Rafael Cəbrayılov parlamentə müraciət edib. AYNA xəbər verir ki, o, mandatından imtina etdiyini və istefa verdiyini bildirib.

 

Parlamentin bu gün keçirilən iclasında deputatın müraciətini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli oxuyub: “Protokol qaydasında qərar Mərkəzi Seçki Komissiyasına göndərilir. Seçki Məcəlləsinə uyğun olaraq MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul edir”.

R.Cəbrayılov özü isə Milli Məclisin iclasına qatılmayıb.

 

Spiker Oqtay Əsədov deputatın mandatından imtina etməsinə dair müraciəti ilə əlaqədar Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə tapşırıq verib. O.Əsədov sənədlərin qanunvericiliyin tələblərinə uyğun hazırlanaraq Mərkəzi Seçki Komissiyasına göndərilməsinə göstəriş verib.

 

Xatırladaq ki, onunla bağlı məsələnin İntizam Komissiyasının iclasında müzakirəyə çıxarılacağı gözlənilir.

 

Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoyaraq 2015-ci ildə 300 min ABŞ dolları məbləğində borc alıb. Borcun qaytarılmadığını görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs - Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Müəllif: Ayna.az      30 Sentyabr 2019 12:42
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin