Müddətli müqavilə ilə işə qəbul üzrə növbəti tura qeydiyyat başa çatıb

Müddətli müqavilə ilə işə qəbul üzrə növbəti tura qeydiyyat başa çatıb

Namizədlərə 4 vakant yer seçmək imkanı verilib

 

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti tura qeydiyyat başa çatıb.

 

AYNA xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. 

 

Bildirilib ki, prosesdə 4 113 nəfər iştirak edib, onlardan 4 023 nəfər vakansiya seçimi edərək elektron ərizəsini təsdiqləyib.


Qeyd olunub ki, müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu prosesində builki müsabiqədə vakant yer tutmayan, 2018-ci və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslər iştirak ediblər. Namizədlərə 4 vakant yer seçmək imkanı verilib.

 

Elektron yerləşdirmənin nəticələri barədə məlumat gün ərzində namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Müəllif: Ayna.az      30 Sentyabr 2019 11:14
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin