Dünyanın ən yaraşıqlı kişisi seçildi - FOTOLAR

Dünyanın ən yaraşıqlı kişisi seçildi -       FOTOLAR

“Mister Global-2019” yarışmasının qalibləri bəlli olub

AYNA oxu.az-a istinadən xəbər verir ki, 2014-cü ildən bəri keçirilən və bu il Tailandda təşkil olunan mərasimdə bu ilin “Mister Global”ı koreyalı, 23 yaşlı Jong Vo Kim seçilib.

Tunisli Hussem Saidinin ikinci olduğu yarışmada ispan Joze Luis Rodriqo və İsveçrəni təmsil edən türk yarışmaçı Mürseli də qaliblər sırasında yer alıb.

60 ölkənin qatıldığı yarışmada iştirakçılar milli geyimləri ilə podiuma çıxıblar.

Qeyd edək ki, “Mister Global” ən yaraşıqlı kişilərin seçildiyi beynəlxalq gözəllik yarışmasıdır. 

Müəllif: Ayna.az      30 Sentyabr 2019 05:43
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin