“Qarabağ”ı Lüksemburqda yeddi qolla gözləyirlər

“Qarabağ”ı Lüksemburqda yeddi qolla gözləyirlər

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri Lüksemburq təmsilçisi “Düdelanj” yerli çempionatında növbəti oyununu keçirib

AYNA oxu.az-a istinadən xəbər verir ki, komanda səfərdə “Viktoriya” ilə üz-üzə gəlib.

“Düdelanj” səfərdən 7 cavabsız qollu qələbə ilə dönüb.

7 turdan sonra xal hesabını 7-yə çatdıran “Düdelanj” 8-ci pilləyə yüksəlib.

Qeyd edək ki, “Düdelanj”ın növbəti oyunu Avropa Liqasında təmsilçimiz “Qarabağ”a qarşı olacaq.

Sözügedən görüş oktyabrın 3-də baş tutacaq.

Müəllif: Ayna.az      30 Sentyabr 2019 04:20
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin