Bakıda maşın yoldan çıxaraq aşdı - FOTOLAR

Bakıda maşın yoldan çıxaraq aşdı  -         FOTOLAR

Hövsan yolunda avtomobil qəzası baş verib

 

AYNA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, qəza saat 23:20 radələrində baş verib.

 

Qəzaya uğrayan minik avtomobili yoldan çıxaraq aşıb və yolun kənarındakı yarğana düşüb. 

 

Hadisə nəticəsində yaralı və ölüm faktı barədə hələ ki, məlumat yoxdur. Əraziyə polis əməkdaşları və təcili tibbi yardım çağırılıb.

 

Qeyd edək ki, Hövsan yolu təmir olunmadığına və işıqlandırılmadığına görə belə hadisələr tez-tez baş verir. Təəssüf ki, 2018-ci ildə istismara verilməli olan yol hələ də təmir olunmayıb. Yolun bir hissəsi qazıldığından nabələd sürücülər yarğana düşürlər.

 

Müəllif: Ayna.az      29 Sentyabr 2019 23:37
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin