Azərbaycan ictimaiyyətinə ağır itki üz verib

Azərbaycan ictimaiyyətinə ağır itki üz verib

Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı vəfat edib

 

Azərbaycan elminə, mətbuatına ağır itki üz verib. AYNA xəbər verir ki, alim, araşdırmaçı-jurnalist Şirməmməd Hüseynov dünyasını dəyişib. O, bu gün axşam saatlarında 95 yaşında, evində vəfat edib.

 

Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov 1924-cı ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb. 1945-1950-ci illərdə ADU-nun filologiya-jurnalistika şöbəsində təhsil alıb. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə MDU-nun jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.

 

1954-1961-ci illərdə BDU-nun filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962-1969-cu illərdə BDU-nun filologiya fakültəsinin dekan müavini olub. 1961-1971-ci illərdə BDU-nun jurnalistiknın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti vəzifəsində çalışıb. 1971-1976-cı illərdə BDU-nun jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb. 1971-1988-ci illərdə BDU-nun mətbuat tarixi kafedrasının dosenti vəzifəsində çalışıb. 1976-1988-ci illərdə BDU-nun mətbuat tarixi kafedrasının müdiri vəzifəsində işləyib. 1988-ci ildən BDU-nun mətbuat tarixi kafedrasının professorudur.

 

Böyük ömür yolu keçən Şirməmməd Hüseynov Azərbaycan tarixinin ən önəmli hadisələrinin canlı şahidinə çevrilib. Azərbaycan Demokratik Cumhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var. Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların sırasında onun adı ön cərgədə çəkilir.

 

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az      24 İyun 2019 20:28
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar