Kralın şəxsi mühafizəçisi öldürüldü

Kralın şəxsi mühafizəçisi öldürüldü

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin şəxsi mühafizəçisi qətlə yetirilib

 

Hadisə ötən gün Ciddə şəhərində qeydə alınıb. AYNA xəbər verir ki,briqada generalı Əbdüləziz  bin Bəddah əl-Fağım dostu Turki Ben Abdel-Əzizin evinə qonaq gedib. Bu zaman general Əbdüləziz bin Bəddah əl-Fağımın digər dostu Mahmud Ben Maşaalla mübahisə edib.

 

Mübahisədən sonra Mahmud Ben Maşaal evi tərk edib və silahla geri qayıdıb. O, atəş açaraq xidmətçini və generalı yaralayıb.

 

Maşaal hadisə yerinə gələn hüquq-mühafizə orqanının əməkdaşları ilə də atışıb və öldürülüb. Bundan başqa, atışmada təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı da yaralanıb.  

 

Kralın mühafizəçisi xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Müəllif: Ayna.az      30 Sentyabr 2019 01:28
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin