Əhalimiz daha çox hansı nəqliyyatdan istifadə edir?

Əhalimiz daha çox hansı nəqliyyatdan istifadə edir?

Cari ildə sərnişinlərin 96,0 faizi avtobus xidmətlərindən istifadə edib

 

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyatçılar 1 milyard 303,8 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz çox sərnişinə xidmət göstəriblər.

 

AYNA-nın Trend-ə istinadən məlumatına görə, sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıblar.

 

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 149,4 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,7 faiz və 2,1 faiz artım qeydə alınıb.

 

Sərnişinlərin 96,0 faizi avtobus, 4,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 2,2 faiz artıb.

 

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünün səviyyəsində qalaraq 150,3 milyon nəfər olub.

 

Hava nəqliyyatı ilə 1 milyon 851,7 min və ya 9,7 faiz çox sərnişin daşınıb.

 

Müəllif: Ayna.az      29 Sentyabr 2019 22:30
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin