Dünyanın ən yaxşı smartfonları məlum oldu

Dünyanın ən yaxşı smartfonları məlum oldu

“OnePlus 7T” ən yaxşı smartfon seçilib

 

Dünyanın ən yaxşı smartfonlarının adları açıqlanıb. AYNA-nın “Qafqazinfo”ya istinadən məlumatına görə, “Business Insider” tərəfindən hazırlanana reytinq cədvəlinə Çin istehsalı olan “OnePlus 7T” smartfonu liderlik edib. Eskpertlərin fikrincə, smartfon əla kameraya və yüksək avtonomluğa malikdir.  

 

İkinci yerdə “iPhone 11” qərarlaşıb. O, 6,1 düymlü ekranı, güclü prosessoru və kamerası ilə seçilib. Üçüncü yeri “One Plus 7 Pro”, dördüncü yeri “Pixel 3a” və “Pixel 3a XL”, beşinci yeri isə “One Plus 6T” tutub.

 

Növbəti yerlərdə “Samsung Galaxy S10e”, “iPhone XR”, “Samsung Galaxy Note 10 Plus”, “Samsung Galaxy S10”, “Galaxy S10 Plus”, “iPhone 11 Pro” и “iPhone 11 Pro Max” qərarlaşıb.

 

Qeyd edək ki, smartfonların reytinq cədvəli onların qiyməti və funksionallığı əsasında hazırlanıb.

 

Müəllif: Ayna.az      29 Sentyabr 2019 23:54
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin