Döyüş təyyarələri havada toqquşdu – SON DƏQİQƏ

Döyüş təyyarələri havada toqquşdu –     SON DƏQİQƏ

Almaniyanın şimalında iki qırıcı təyyarə qəzaya uğrayıb

 

Almaniya Hərbi Hava Qüvvələrinə məxsus iki qırıcı təyyarə havada toqquşub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Almaniyanın şimalında yerləşən Malkov şəhərinin səmasında baş verib.

Qəzaya uğrayan təyyarələrin “Eurofighter” qırıcıları olduğu bildirilir. Qeyd edilir ki, pilotlar son anda özlərini təyyarələrdən atmağı bacarıblar.

 

Hadisə barədə mərkəzə üçüncü bir qırıcının pilotu məlumat verib. Qəzanın ardından pilotların paraşütləri açılıb. Ancaq hələ ki, pilotların yeri müəyyən olunmayıb.

Almaniyanın Daxili İşlər Nazirliyi Malkov bölgəsində qəza baş verdiyini təsdiq edib.

Müəllif: Ayna.az      24 İyun 2019 17:48
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar