Bakıda ana-bala “intihar körpüsü”nə çıxıb

Bakıda ana-bala “intihar körpüsü”nə çıxıb

Qadın övladı ilə birgə intihar etmək istəyib

 

Bakıda qadın uşağı ilə birlikdə intihara cəhd edib. AYNA APA-ya istinadən xəbər verir ki, o, intihar etmək məqsədi ilə "Koroğlu" metrostansiyası yaxınlığındakı körpünün üstünə çıxıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları qadını fikrindən daşındırmaq üçün danışıqlar aparıblar. Nəhayət, övladı ilə birlikdə intihar etmək istəyən qadını fikrindən daşındırmaq mümkün olub. Qadın övladı ilə birlikdə FHN əməkdaşlarının köməyi ilə xilas edilib.

 

Qeyd edək ki, "Koroğlu" metrostansiyası yaxınlığındakı körpünün üzərində tez-tez intihara cəhd halları baş verir.

Müəllif: Ayna.az      24 İyun 2019 15:58
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar