10-cu Avropa Film Festivalına Bakıda start verildi

10-cu Avropa Film Festivalına Bakıda start verildi

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri və Park Cinema ilə əməkdaşlıqda Bakıda 10-cu Avropa Film Festivalını təşkil edəcək

 

AYNA xəbər verir ki, Avropa Film Festivalı 2-16 oktyabr tarixlərində keçiriləcək.

 

Bakıda Avropa Film Festivalının 10 illik yubileyi ilə bağlı Bakıda on dörd məftunedici Avropa kino günləri keçiriləcək. Proqrama 14 Avropa İttifaqı ölkəsindən (Xorvatiya, Çex Respublikası, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, İspaniya və İsveç) və Azərbaycandan 15 filmin nümayişi daxildir. Filmlər bütün seyrçi kütlələri üçün seçilib.

 

Festivalda Avropa kino industriyasının ən son trendləri ilə tanış olmaq, Festivalın qonaqları olan Avropanın aparıcı film rejissorları ilə görüşmək və müzakirə aparmaq imkanı təklif ediləcək. Festivalın qonaqları Latviyadan c-b Vestur Kairiş və Almaniyadan c-b Veit Heymerdir. Yubileylə əlaqədar Park Cinema qonaqlara Festival günlərində onlara ən uyğun ola biləcək vaxtda gündə bir film təqdim edəcək. Giriş sərbəst olacaq, ancaq biletlər filmin nümayiş olunduğu gündə müvafiq kassalardan əldə edilə biləcək.

 

Azərbaycanda illik ənənəyə çevrilmiş Avropa Film Festivalı Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə, Avropa film industriyası vasitəsilə Avropa dəyərlərinin daha yaxşı anlaşılmasına xidmət edir. 2010-cu ildən başlayaraq Avropa Film Festivalları çərçivəsində 133 film nümayiş etdirilib, Avropanın 23 film rejissoru və aktyoru Azərbaycana səfər edib.

 

Avropa Film Festivalı, filmlərin cədvəli və təfərrüatları barədə əlavə məlumat üçün www.parkcinema.az və ya www.eeas.europa.eu/delegations/azerbaijan və Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin Facebook tədbir səhifəsinə müraciət etməniz xahiş olunur.

 

Müəllif: Ayna.az      25 Sentyabr 2019 22:28
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin