Xəzərdə iki gənc boğulub

Xəzərdə iki gənc boğulub

Qeyri- çimərlik ərazidən 17 və 18 yaşlı gənclərin meyitləri tapılaraq ailələrinə təhvil verilib

 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 2 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

 

AYNA  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri batan  şəxslərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitlərini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Müəllif: Ayna.az      23 İyun 2019 19:04
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar