Bakı sahillərində dəniz coşub

Bakı sahillərində dəniz coşub

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6.6 metrə çatıb

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb. AYNA Nazirliyin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sentyabrın 21-i gündüzdən sentyabrın 22-si səhərdək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub. Dağlıq ərazilərdə qar yağıb, bəzi rayonlarda güclü şimal-qərb küləyi əsib.

 

Şimal-qərb küləyi bəzi yerlərdə 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 24-38 m/s, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda isə 20-25 m/s, bəzi yerlərdə arabir 35-38 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6.6 metrə çatıb.

 

Eyni zamanda Astarada 33 mm, Lənkəranda 28 mm, Lerikdə 25 mm, Şahdağda 11 mm, Yardımlıda 9 mm, Şamaxıda 7 mm, Qusarda 5 mm, Xınalıq, Qubada 4 mm, əksər rayonlarda 0.0-1.0 mm olub.

 

Qar örtüyünün hündürlüyü isə Şahdağda 3 sm, Xınalıq, Qırızda 1 sm qeydə alınıb.

 

Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraitinin sentyabrın 22-si gündüz saatlarınadək davam edəcəyi, 23-dən havanın mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Müəllif: Ayna.az      22 Sentyabr 2019 14:53
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin