Qubaya qar yağıb - FOTO

Qubaya qar yağıb -       FOTO

Qubaya yağan qar mal-qaranın çöldə otlamasına mane olub

Azərbaycanın şimalındakı ucqar dağ kəndlərinə ilk qar yağıb.

AYNA-nın "Report"a istinadən verdiyi məlumata görə, Qubanın dağlıq kəndlərinə yağan qarın hündürlüyü 5-8 santimetr olub. 

Xüsusəndə rayonun Söhüb, Rük, Buduq, Dalıqaya, Zıxır, Girdah və digər dağlıq kəndlərinə qar yağıb.

Qarın yağması təsərrüfatlara ziyan vurmasa da mal-qaranın çöldə otlamasına mane olub. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur -1 dərəcəyədək aşağı düşüb.

Müəllif: Ayna.az      22 Sentyabr 2019 12:28
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin