Türkiyədə rusiyalı turistlərin olduğu avtobus aşdı: yaralılar var

Türkiyədə rusiyalı turistlərin olduğu avtobus aşdı:    yaralılar var

Türkiyədə qəza zamanı 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb

Türkiyənin Antalya şəhərində rusiyalı turistləri daşıyan avtobus aşıb.

AYNA APA-ya istinadən xəbər verir ki, sərnişin avtobusu Antalyada istirahət edən Rusiya vətəndaşlarını hava limanına aparırmış.

Ancaq yolda idarəetmədən çıxan avtobus aşıb. Nəticədə 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan yeddi nəfər xəstəxanaya getmək istəməyib və aeroporta yollanıb. Digər yaralıların isə müayinə olunduqdan sonra hava limanına yola salınacaqları bildirilir.

Müəllif: Ayna.az      22 Sentyabr 2019 10:17
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin