Əfqanıstanda partlayış: Ölən və yaralananlar var

Əfqanıstanda partlayış:       Ölən və yaralananlar var

Partlayışın "Taliban" tərəfindən törədildiyi ehtimal edilir

Əfqanıstanda partlayış törədilib.

AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Pərvan vilayətində baş verib. Əldəqayırma partlayıcı qurğunun partladılması nəticəsində 1 uşaq həlak olub, daha 11 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin rəsmiləri partlayışın "Talibansilahlıları tərəfindən törədildiyini güman edirlər. 

Daha əvvəl Əfqanıstanın cənubunda yerləşən Zabul vilayətində törədilən terror aktı nəticəsində 20 nəfər həlak olub, 95 nəfər yaralanıb.

Müəllif: Ayna.az      22 Sentyabr 2019 09:22
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin