Albaniyada zəlzələ olub: xəsarət alanlar var

Albaniyada zəlzələ olub:         xəsarət alanlar var

Albaniyada zəlzələ zamanı azı 10  bina zədələnib

Albaniyada 5,6 bal gücündə zəlzələ olub.

AYNA-nın "Report"a istinadən məlumatına görə, iki dəfə müşahidə edilmiş yeraltı təkanlar nəticəsində 44 nəfər xəsarət alıb. Zəlzələ zamanı habelə azı 10 bina zədələnib. Təbii hadisə nəticəsində həmçinin xeyli sayda binaya zərər dəyib. 

Bildirilir ki, zəlzələnin episentri Durres şəhərindən 6 kilometr şimalda, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib. Təbii hadisə ən çox Tiranadan 10 kilometr məsafədə yerləşən Helmes qəsəbəsinə zərər vurub. Burada elektrik və mobil əlaqə şəbəkələrinə ziyan dəyib. 

Zəlzələ Yunanıstanın Kerkir adasında da hiss edilib. 

Müəllif: Ayna.az      22 Sentyabr 2019 05:39
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin