"Google" dünyanın ən güclü kompüterini yaradıb

"Google" dünyanın ən güclü kompüterini yaradıb

Yeni kəşf kompüterlərin gücünü artırmağa imkan verəcək

"Google" şirkəti ən müasir superkompüterlərin imkanlarından kənar hesablamalar aparmağa qadir olan dünyanın ən güclü kvant kompüterini hazırlayıb.

AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə "The Financial Times" korporasiyasının elmi hesabatına istinadən yazıb.

Bildirilir ki, şirkətin elmi işçiləri dünyanın ən güclü kompüteri olan "Sammit"in hesablaması üçün, təxminən, 10 min il lazım olan məsələni 3 dəqiqə 20 saniyədə həll edən prosessor hazırlayıblar.

Proqramın yaradıcıları onların işinin tammiqyaslı kvant hesablama prosessoru ilə sonrakı əməliyyatlar üçün ciddi mərhələ olduğunu iddia edirlər.

Qeyd olunur ki, yeni kəşf kompüterlərin gücünü artırmağa imkan verəcək.

"Google" yaradılan prosessoru şərh etməkdən imtina edib.

Daha əvvəl riyaziyyatçılar kvant mexanikası maşınını elə öyrədiblər ki, o, səhv etməsin.

Müəllif: Ayna.az      22 Sentyabr 2019 06:51
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin