İmamoğlu vətəndaşlarla birlikdə zibil topladı - VİDEO

İmamoğlu vətəndaşlarla birlikdə zibil topladı -           VİDEO

Əkrəm İmamoğlu vətəndaşlarla birlikdə aksiyada iştirak edib

 

İstanbul Böyükşəhər Bələdiyyə (İBB) sədri Əkrəm İmamoğlu  21 Sentyabr "Dünya Təmizlik Günü" ilə bağlı Sarıyerdə Belqrad meşələrində vətəndaşlarla görüşüb. 

 

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bələdiyyə rəhbəri iki ayrı-ayr ərazidə vətəndaşlarla birgə zibillənmiş əraziləri təmizləyib.

 

İmamoğlu qoşulduğu aksiyada bunları söyləyib: “Zibil toplamaqla ətraf mühitə qayğımızı nümayiş etdirməliyik. Zibil toplamaq məsələnin həlli deyil. Zibil atmamağı, lazımı yerlərə atmağı birdəfəlik bilməliyik. Hətta zibillərin çesidlənməsi mütləqdir, çünki indi dünyada ətraf mühitin qorunması naminə zibildən geri dönüş məhsullar hazırlanır".

 

Müəllif: Raminə Eyvazqızı      22 Sentyabr 2019 00:47
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin