Şimal bölgəsində yeni iş yerləri açılacaq

Şimal bölgəsində yeni iş yerləri açılacaq

Yeni zavodların açılışı işsizliyin aradan qaldırılması deməkdir

 

Xəbər verdiyimiz kimi, Qusarda yerləşən “RUS AZERİ SPİRİTS” zavodu açılışa hazırdır. Zavod birnövbəli qaydada fəaliyyət göstərəcək. İşçilər yerli əhalidən seçiləcək. Bu da rayonlarda yeni iş yerlərinin açılmasına böyük töhfədir.

 

Zavodun qonaq evi var. Qonaq evi hər bir şəraitlə təmin olunub. Yaxın gələcəkdə zavod yeni layihələrlə müştərilərinin xidmətində dayanacaq.

Respublikada ən yeni pivə zavodu “RUS AZERİ SPİRİTS”in nəzdində inşa olunacaq. Həmçinin zavodun nəzdində mağazalar olacaq. İstehsal olunan məhsullar həmin mağazalarda satışa çıxarılacaq. Hal-hazırda bir mağaza zavodun girişində, bir mağaza Bakı şəhərində istifadəyə hazırdır. Bakı, Gəncə və digər şəhərlərdə mağazaların açılışı nəzərdə tutulur.

Oktyabr ayının ortalarında zavodun möhtəşəm açılışı olacaq. Açılışda Rusiya, Ukrayna, Tatarıstan, Meksika səfirləri iştirak edəcəklər. Eyni zamanda İqtisadiyyat Nazirliyinin məsul şəxsləri, yerli icra hakimiyyətinin rəhbərliyi, marketlər şəbəkələrinin nümayəndələri, tanınmış simalar və media nümayəndələri də açılışda iştirak edəcəklər.

 

“RUS AZERİ SPİRİTS” Azərbaycanda analoqu olmayan zavoddur. Yeni zavodların açılışı işsizliyin aradan qaldırılması deməkdir. Hədəfimiz keyfiyyəti yüksəltmək, qiymətləri endirməkdir.

Müəllif: Ayna.az      21 Sentyabr 2019 20:49
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin