Bu gün Beynəlxalq Sülh Günüdür - “Qadınlar danışıqlara gedə bilər”

Bu gün Beynəlxalq Sülh Günüdür -             “Qadınlar danışıqlara gedə bilər”

Azərbaycan da ərazisində hələlik tam sülhün bərqərar olmasına nail olmayan ölkələr sırasındadır

 

Bu gün dünyada Sülh günü kimi qeyd olunur. AYNA xəbər verir ki, 21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir.


Təssüf ki, dünya bütünlükdə bu günü qeyd edə bilmir. Ayrı-ayrı ölkələrdə baş verən hərbi, silahlı münaqişələr hələ də davam edir. 


Azərbaycan da ərazisində hələlik tam sülhün bərqərar olmasına nail olmayan ölkələr sırasındadır. 


Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova AYNA ilə söhbətində vurğulayıb ki, sülh deyəndə qadın yada düşməlidir: ”Qadınlar həm evdə, ailədə, həm cəmiyyətdə dünyanın fikirini dəyişə bilərlər.  Sülhə getmək yolu qadınların əlindədir. Bizə sadəcə yol, söz haqqı verilməlidir. Vaxtilə Qarabağ müharibəsində Cəmiyyətimizdən 5 xanım şəhid oldu. Onlardan biri düşmən əlinə keçməsin deyə özünə qəsd etmişdi. Biz onun nəşini almaq üçün Qazaxa ermənilərlə danışıqlara getmişdik, onda da qarşı tərəfin qadınları ilə dialoqlara girmək imkanımız oldu. Bu gün diplomatlar sülhə çağırış edirlər, amma  dövlət strukturları sülhə hazır deyil, bunun üçün strategiyaları yoxdur. Bu səbəbdən bu iş, missiya qadınlara verilməlidir. Bizim ara-sıra qarşı tərəflə müxtəlif vasitələrlə danışıqlarımız olur. İnanıram ki, bizə bu imkan verilsə, çox şeyi dəyişə bilərik. Ölkəmiz, övladlarımız üçün bunu etməliyik.” 


Məlumat üçün qeyd edək ki, Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib. 


1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində "Peace one day"i yaradıb. Onun əsas cəhd etdiyi o idi ki, heç olmasa ildə bircə gün bütün dünyada insan zorakılığının baş verməsinin qarşısını alsın, atəşkəs olsun.

 

Müəllif: Ayna.az      21 Sentyabr 2019 16:30
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin