İlanla ilanoynadan arasında ölüm-qalım mübarizəsi - VİDEO

İlanla ilanoynadan arasında ölüm-qalım mübarizəsi -       VİDEO

Görüntülərin harda çəkildiyi və ilanın zəhərli olub-olmaması isə sirr olaraq qalıb

Sosial mediada gündəm olmaq üçün qeydə alınan qeyri-adi görüntülərin sırasına biri də əlavə olunub.

 

AYNA xəbər verir ki, bir nəfərin ilanla götsərdiyi təhlükəli oyun qısa müddət ərzində minlərlə tamaşaçı tərəfindən maraqla izlənilib.

 

Lentə alınan görüntülərdə naməlum şəxsin əlində nəhəng bir ilanın olduğu görünür. İlanı üzünə yaxınlaşdıran və sonra zərbə vuran adam ilanın onu sancmasından son anda xilas olur.

 

Bu təhlükəli oyunu dəfələrlə təkrarlayan şəxs, nəhayət ilanın qəzəbinə tuş gəlir.

 

Belə ki, ilan adamın başını dişləyir və ağrıdan nə edəcəyini bilməyən adam nəhəng ilanın caynağından xilas olmağa çalışır. 

 

Videonun sonunda hadisənin nəticəsi məlum olmasa da, izləyicilər adamın buna layiq olduğu qənaətinə gəliblər.

 

Görüntülərin harda çəkildiyi və ilanın zəhərli olub-olmaması isə sirr olaraq qalıb.

 

Müəllif: Ayna.az      21 Sentyabr 2019 00:37
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin