Yetmiş dörd yaşlı kişinin başında buynuz çıxıb

Yetmiş dörd yaşlı kişinin başında buynuz çıxıb

Əməliyyatdan sonra xəstənin səhətinin yaxşı olduğu vurğulanıb

 

Hindistanda qəribə hadisə baş verib. AYNA xəbər verir ki, Şyam Lal Yadav adlı bir nəfər “buynuz” əməliyyatı olunub.

 

Belə ki, 74 yaşında olan Yadav 5 il əvvəl ağır qəza keçirib və başından buynuz çıxmağa başlayıb. Getdikcə böyüyən buynuz 10 santimetrə çatıb və Yadavı narahat etməyə başlayıb.

 

Həkimlərin verdiyi məlumata görə, bu hadisəyə səbəb Yadavın qəza zamanı saç follikulundakı keratinin artması olub.

 

Həkimlərin səyi nəticəsində əməliyyat uğurlu keçib və Yadavın “buynuzu” başından çıxarılıb.

 

Əməliyyatdan sonra xəstənin səhətinin yaxşı olduğu vurğulanıb.

Müəllif: Ayna.az      20 Sentyabr 2019 11:14
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin