Müasir texnologiyalarla təchiz olunmuş zavod açılışa hazırdır

Müasir texnologiyalarla təchiz olunmuş zavod açılışa hazırdır

Azərbaycanda isə ilk olaraq araqlar qızıl və gümüş filtrlərdən süzüləcək

 

“CARÇIOGLU GROUP” MMC-nin nəzdində tikilən “RUS AZERİ SPİRİTS” araq zavodu açılışa tam hazırdır. Zavod Qusar şəhərində yerləşir.

 

İstehsal üçün mütəxəssislər Rusiya Federasiyasından – Tatarıstan Respublikasının “Tatspirtprom” şirkətindən dəvət olunublar. Rusiya Federasiyasında iki böyük zavodda araqlar gümüş və qızıl filtrlərdən süzülür. Azərbaycanda isə ilk olaraq “RUS AZERİ SPİRİTS” zavodunda araqlar qızıl və gümüş filtrlərdən süzüləcək.

Arağın istehsalı üçün yalnız “ALFA” tipli spirtdən istifadə olunacaq. Yeni və müasir dördpilləli filtrlərdən istifadə olunacaq:

 

1. Yumşaldıcı filtrlər;

2. Gümüş filtrlər;

3. Acılığı götürən filtrlər;

4. Qızıl filtrlər.

Araq və spirtin analizləri üçün laboratoriya ən yeni və müasir tipli qaz xromotoqrafla təmin olunub. İstifadə olunacaq su Qusar rayonunun “Qarabulaq” bulağından götürüləсək. Sular yumşaldıcı filtlər və geriyə osmos üsulu ilə təmizlənəcək. Sular, həmçinin bakteriya əleyhinə lampalardan keçiriləcək.

Müəllif: Ayna.az      19 Sentyabr 2019 19:32
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin