İki rayonda yanğın olub

İki rayonda yanğın olub

Hadisə yerlərinə yanğından mühafizə bölmələri cəlb olunub

 

Abşeron rayonunun Xırdalan şəhərində 4 ədəd "Kia" markalı yük avtomobilinin yanar hissələri yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ərazidəki tikililər və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Ağcabədi rayonunun Bala Kəhrizli kəndində də yanğın baş verib. 3,2 ton pambıq bağlamasının 1 tonu yanıb. Pambıq bağlamalarının qalan hissəsi və yaxınlıqdakı kombayn yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      19 Sentyabr 2019 18:19
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin