Cibgir qadın ələ keçdi

Cibgir qadın ələ keçdi

Hazırda faktla bağlı araşdırma aparılır

 

Bakıda cibgir qadın saxlanılıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Ağammədova saxlanılıb. O, iyunun 21-də paytaxtın Nizami rayonu ərazisində, Bakı şəhər sakini olan bir qadının, içərisində 265 manat, 300 ABŞ dolları və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinir.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      19 Sentyabr 2019 16:33
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin