Bu axşam nağıllar aləminə səyahət başlayacaq

Bu axşam nağıllar aləminə səyahət başlayacaq

“Tamaşanın qəhrəmanı ən ağlasığmaz burulğanlardan keçəcək”

 

Bu gün ADO teatrnda “3 banan” tamaşası nümayiş olunacaq. AYNA xəbər verir ki, tamaşa 19:00-da başlayacaq.

 

1 saatlıq tamaşanın ssenari müəllifi və rejissoru teatrın bədii rəhbəri Elmin Bədəlov, rəssamı Leyla Quliyevadır. Tamaşada rolları Elgün Həmidov, İskra Tarrant, Sabir Məmmədov və Kamran Muradlı canlandıracaq.

 

Elmin Bədəlov tamaşa haqqında bildirib ki, tamaşanın mövzusu insanı heç vaxt ağlına gətirmədiyi yerlərə apara bilər: “Bəzən çıxış yolu düşüncələrdəki tabuları yıxmqdan keçir. Tamaşanın qəhrəmanı isə ən ağlasığmaz burulğanlardan keçəcək. Hətta nağıllara qədər gedib çıxacaq”.

Rejossor tamaşada Azərbaycan nağıllarının motivlərindən istifadə olunduğunu da vurğulayıb: “Lakin tamaşada Azərbaycan nağıllarının motivləri ilə yanaşı, milli musiqilərin təhrif olunmuş versiyalarından da istifadə olunub”.

 

Qeyd edək ki, ADO teatrının əsası 15 iyul 2013-cü ildə qoyulub. Teatr Azərbaycanın ilk müstəqil və modern teatrı kimi tanınmaqla yanaşı, incəsənətin müxtəlif sahələri ilə də məşğuldur.

Müəllif: Ayna.az      19 Sentyabr 2019 14:37
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin