FHN-ə iki həyəcan siqnalı daxil olub

FHN-ə iki həyəcan siqnalı daxil olub

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerlərinə cəlb edilib

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Binəqədi rayonı üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

 

“Qaynar xətt”ə daxil olan digər məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda biri azyaşlı olmaqla 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşlara müvafiq köməklik göstərib.

Müəllif: Ayna.az      19 Sentyabr 2019 10:34
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin