Bakıda yeniyetmə anasına mesaj yazan oğlana 7 bıçaq zərbəsi vurdu

Bakıda yeniyetmə anasına mesaj yazan oğlana 7 bıçaq zərbəsi vurdu

Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib

 

Rayonun Azadlıq prospektində ticarət mərkəzinin qarşısında 1992-ci il təvəllüdlü Məmmədov Rəşad Namiq oğlu 13 yaşlı Murad adlı şəxs tərəfindən bıçaqlanıb.

 

AYNA APA-ya istinadən xəbər verir ki, yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, ona 7 bıçaq zərbəsi vurulub və vəziyyəti ağırdır.

 

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Yeniyetmə saxlanılıb. O, polisə ilkin izahatında bildirib ki, R.Məmmədov anasına mesajlar yazıb.

 

Müəllif: Ayna.az      19 Sentyabr 2019 06:31
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin