Tramp İrana qarşı sanksiyaları artırmaq barədə göstəriş verdi

Tramp İrana qarşı sanksiyaları artırmaq barədə göstəriş verdi

 

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların artırıması ilə əlaqədar olaraq Maliyyə nazirliyinə göstəriş verib

 

Tramp bu barədə rəsmi "Twitter" hesabında yazıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, o, "Twitter"də verdiyi açıqlamda, "ABŞ Ticarət nazirinə İrana qarşı sanksiyaların artırması ilə bağlı az öncə təlimat verdim" ifadəsini işlədib. 

 

ABŞ Prezidenti bu barədə ətraflı məlumat verməsə də, ABŞ rəsmiləri təlimatların səbəbini Səudiyyədə baş verən hadisə ilə əlaqələndiriblər.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Səudiyyə Ərəbsitanının neft obyektlərinə edilən hücumlarda ABŞ İranı günahlandırmışdı.

 

Müəllif: Mərahim Nəsib      19 Sentyabr 2019 01:43
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin