Neft niyə ucuzlaşır?

Neft niyə ucuzlaşır?

 

"Neftin qiyməti artıq 63 dollaradək ucuzlaşdı. Günün birinci yarısında ucuzlaşmaya səbəb Səudiyyənin hücum edilmiş obyektlərini nəzərdə tutulduğundan daha qısa müddətə bərpa etməsi ilə yayılan xəbərlər idi"

 

AYNA xəbər verir ki, bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə, bu axşam neftin qiymətini aşağı çəkən əsas amil ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyası İdarəsinin Bakı vaxtı ilə 18 radələrində açıqladığı həftəlik hesabat olub.

 

"ABŞ-da neft ehtiyatları proqnozlaşdırıldığı kimi, 2 mln barel azalmaq əvəzinə, 1.06 mln barel artıb. Gündəlik neft hasilatı 12.4 mln barel təşkil edib. Neftin gündəlik idxalı - 7.05 mln barel, ixracı - 3.17 mln barel olub. Səudiyyədən idxal edilən neft həcmləri sentyabrın 13-də başa çatan həftə ərzində 66% artaraq 451 min barel təşkil edib", - deyə İ.Şaban qeyd edib.

Müəllif: Ayna.az      19 Sentyabr 2019 00:30
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin